"Miss Türkiyə 2024"-də birinci seçilən İdil Bilgen: “Haqqımdakı mənfi şərhlərə əhəmiyyət vermirəm”

Hazırda oxunan: "Miss Türkiyə 2024"-də birinci seçilən İdil Bilgen: “Haqqımdakı mənfi şərhlərə əhəmiyyət vermirəm”

211413

“Miss Türkiyə 2024” müsabiqəsində birinci seçilən İdil Bilgen ona ünvanlanan tənqidlər qarşısında səssizliyini pozub. O, mənfi şərhlərə əhəmiyyət vermədiyini bildirib.

“Ədalət və zəriflik ilə təmsil edəcəyəm”

İdil Bilgen onun haqqında yazılan fikirlərə əhəmiyyət vermədiyini deyib.

“Mən türk qadınıyam. Mən bu adı Türkiyəni təmsil etmək üçün almışam. Buna görə də, çox xoşbəxtəm və qürur duyuram. Ölkəmizdə qadın və uşaq qətlləri kimi çox ağrılı hadisələr baş verərkən, mənə yazılan mənfi şərhləri insanların boşluğu kimi qəbul edirəm. Onların şərhləri məni qətiyyən maraqlandırmır. Mən müasir türk qadınıyam və ölkəmizi “Miss World”də zadəganlığı və zərifliyi ilə təmsil edəcəyəm”.

“İzləyicilərim günü-gündən artır”

İdil Bilgen qalib seçildikdən sonra sosial mediada izləyicilərinin sayının artdığını bildirib.

“İzləyicilərim günü-gündən artır. İnsanların “Miss Türkiyə” ilə maraqlanmağı təbii hesab edirəm. Hər kəsə göstərdikləri maraq üçün çox təşəkkür edirəm. Mən heç vaxt sosial şəbəkəmi mənfi şərhlərə görə bağlamağı düşünməmişəm, buna ehtiyac da hiss etmirəm”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin