Ermənilər şikayət etdi: Tolikin səhifələri bağlandı – FOTO

Hazırda oxunan: Ermənilər şikayət etdi: Tolikin səhifələri bağlandı – FOTO

210783

Ermənilər prodüser və aparıcı Tarix Əliyevin (Tolik) feysbuk səhifələrini şikayət ediblər. 

Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bununla bağlı o, instaqram səhifəsində məlumat yayıb. 

Tolik buna səbəb kimi Xankəndidə abidə önündə çəkdirdiyi fotonun olduğunu bildirib: 

"Xankəndidə heç vaxt olmamışdım. Orada olmaq arzum idi. Xankəndidə ermənilərin "Baba və nənə" abidəsi var. Hamımız onun qarşısında şəkil çəkdiririk, görsünlər ki, azərbaycanlılar gəliblər. Bu fotonu feysbukda paylaşmışam. Ermənilər kütləvi şəkildə şikayət etdikləri üçün 10 ilə yaxındır təsdiqlənmiş səhifəmi və 70 mindən çox olan fan səhifəmi bağlayıblar. Bunu görən kimi feysbuka məktub yazdım ki, heç bir qanun pozuntusu etməmişəm. Şirkətdən mənə apelyasiya şikayəti verməyi tövsiyə edirlər. Amma mən səhifəmə daxil ola bilmirəm ki, apelyasiya şikayəti verim. Düşünürəm ki, bəzi qurumlar bununla bağlı feysbuka məktub yazmalıdırlar". 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin