Nadir: "Bu hadisədə Ağadadaşa hörmət edib, ona əl qaldırmazdım" - VİDEO

Hazırda oxunan: Nadir: "Bu hadisədə Ağadadaşa hörmət edib, ona əl qaldırmazdım" - VİDEO

203273

"Sosial şəbəkədə Ağadadaş Ağayevin paylaşılan görüntülərini izlədim. Heç istəməzdim ki, belə bir şey olsun. Çünki Ağadadaş müəllim hər zaman yerini bilən, tərbiyəli, ədəb-ərkanlı bir insandır. O hətta ixtisasca müəllimdir. Artıq 50 ilə yaxındır ki, bu sənətdədir və yaşı 70-ə yaxınlaşıb. Müəyyən xəstəliklər keçirib, səhhəti ilə problemlər yaşayıb. O səhhəti ilə bağlı uzun müddət Türkiyədə müalicə alıb. Hər zaman onu böyük kimi apardığını görmüşəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə Xalq artisti Ağadadaş Ağayevin yaşadığı insidentlə bağlı sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada deyib.

Nadir həmkarının başına gələn xoşagəlməz hadisə ilə bağlı bu fikirləri səsləndirib:

“Dədə-babadan da bizə öyüd, nəsihət kimi deyilib ki, böyüklərin hörmətini saxlayın. Hətta böyüyün səhvi olsa belə, böyüyə hörmət etmək lazımdır. Ağadadaş müəllim çox sakit bir insandır. Görün onu necə hövsələdən çıxarıblar ki, o bu vəziyyətə düşüb. Bu hadisədə günahın kimdə olduğunu bilmirəm. Subyektiv düşüncəmdir əgər hətta günah Ağadadaş müəllimdədirsə, böyüklərlə hörmətlə davranmaq lazımdır. Hamımız qocalıb, yaşlanacağıq. İnsandır da, hövsələdən çıxa bilər, müəyyən xəstəlik səbəbi ilə travmaları qala bilər, əsəbləri yerində olmaya bilər... 

Sözlərimi qəribçiliyə salıb, deməyin ki, belə olan halda da götürüb başqa insana balta çəkir. Ağadadaş müəllimin kiməsə balta çəkməyini görmədim və bu hadisə olan yerdə də olmamışam. Mən şəxsən Ağadadaş müəllimə bu hadisədə belə hörmət edərdim və ağsaqqala əl qaldırmazdım. Bu mənim fikrimdir. 

Müasirlikdir deyib, ağsaqqalı da, ağbirçəyi də basıb döyməlisən, üzünə də söyməlisən, hətta “onlara niyə avtobusda yer verməliyik oturmağa” deyirlər. Bizdə onlar kimi avtobusda getmək üçün ödəniş edirik. Bu axı nə anlayış və düşüncədir? Böyüklərə və yaşlılara hər zaman hörmət etmək lazımdır, çünki zaman gələcək sizdə yaşlanacaqsınız. 
Mən Azərbaycan xalqının adət-ənənələrindən, dəyərlərindən danışıram. Hər zanan böyük-kiçik yeri olub. İndi dəyərlər itibsə, bu artıq mənim günahım deyil. O ki qaldı bu kimin günahıdır, mən artıq bunu bilmirəm. Böyüklərə hər zaman küçədə, cəmiyyətdə, ümumiyyətlə, hər yerdə çalışın hörmət edin. Ağadadaş müəllim bu hadisəni yaşadığınıza görə sizin yerinizə şəxsən mən çox məyus və pis oldum. Sizi belə görmək istəməzdim. Xətrinizi çox istəyirəm. Sizdə mənim xətrimi çox istəyirsiniz. Allah sizdən razı və köməyiniz olsun. Allah şeytana lənət etsin".

Qeyd edək ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin