Rusiyanın NTV Televiziyasının baş direktorunun müavini, baş prodüser Timur Vaynşteynin həyat yoldaşı Yana Batırşina toy videosunu yayımlayıb.
Bizim.Media xəbər verir ki, 20 il əvvəl lentə alınan görüntüləri Vaynşteynin xanımı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Y.Batırşina bildirib ki, toy günləri onlar üçün əlamətdar olduğu üçün zaman-zaman dostları ətraflarına toplayaraq həmin tarixi yenidən qeyd edirlər:
“Çoxları bilir ki, Timurla mənim iki toyumuz olub, iyulun 10-da Moskvada və 17-də Bakıda. Biz həmişə bu iki tarixi qeyd edirik! 20 il əvvəl dostlarımız və ailəmizlə inanılmaz bir gün keçirdik. 300-ə yaxın qonaq, toy bütün milli Azərbaycan adət-ənənələrinə uyğun, ən əsası isə çox əyləncəli, səs-küylü, sonsuz rəqs və mahnılarla keçdi”.
Rəşad Əliyev, Bizim.Media