Sahib İbrahimov: “Nəinki uşaqlar, mən də həyat yoldaşımdan qorxub, çəkinirəm" – VİDEO 

Hazırda oxunan: Sahib İbrahimov: “Nəinki uşaqlar, mən də həyat yoldaşımdan qorxub, çəkinirəm" – VİDEO 

203097

"Valideyin, ata, baba olsam da, bu fikirdəyəm ki, hər ailə kiçik bir dövlətdir və onun özünün konsitusiyası var. Bizim evimizdə elə bir ana var ki, "gestapo" rejimi hökm sürür. Nəinki uşaqlar, mən belə ondan (həyat yoldaşını nəzərdə tutur - red.) qorxub, çəkinirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sahib İbrahimov qonaq olduğu "Nigar xanım" verilişində deyib.

Sənətçi ailəsindən və uşaqlarından söz açıb. İbrahimov bildirib ki, özü kimi övladları da gənc yaşlarında ailə qurub:

"Həyat yoldaşım qızımıza deyib ki, oxumaq olacaq, amma səvmək olmayacaq. Mən və atan o adamı sevəndən sonra sən ailə quracaqsan. Həmçinin oğlumuzda da belə oldu. Oğlumuza yol göstərdik. Onu qohumumuzla evləndirmişik. Uşaqlarımın ikisi də savadlıdır. Qızım Ofeliya ingilis dili müəlliməsidir, oğlum Yusif isə dövlət proqramı üzrə İngiltərənin Mançestr Universitetini bitirib. 

O kompüter elmini çox gözəl bilir. Mən deyəndə ki, oğlumuzu evləndirən həyat yoldaşım dedi ki, hələ çox tezdir. Mən özüm 22 yaşımda evlənmişəm. 17 yaşında biz onu İngiltərəyə ali təhsil almağa yolladıq. Söylədim ki, oğlum evlənməlidir. Mən uşaqlarımla bərabər böyümüşəm. Ata olanda 23 yaşım var idi. İndi isə qızımın 32, oğlumun isə 30 yaşı var. Qızımızı öz kəndçimizə ərə verdik. O bizim öz səviyyəmizdə olan bir bəylə ailə qurdu. 
Mən heç zaman var-dövlət hərisi olmamışam. Oğlumu da həmçinin kəndçimizlə tanış edib evləndirmişik. Mənim üçün vəzifə deyil, daha çox insanlıq məhfumu var. Mənim bütün insanlara sevgim, hörmətim var".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin