Mərhum Elçin Cəlilovun qızı ilk dəfə efirə çıxdı: “İstərdim ki, ailə quranda ondan xeyir-dua alım” – VİDEO 

Hazırda oxunan: Mərhum Elçin Cəlilovun qızı ilk dəfə efirə çıxdı: “İstərdim ki, ailə quranda ondan xeyir-dua alım” – VİDEO 

Mərhum Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva ilk dəfə efirə çıxaraq valideynləri haqda danışıb və atına olan xatirələri paylaşıb. Elçin Cəlilovun gencliyinin çətinlikləri və ölümü ilə bağlı dərin fikirlərini bölüşməsidir.

203055

Mərhum xanəndə Elçin Cəlilovun qızı Şəlalə Vəliyeva ilk dəfə efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, Şəlalə atasına həsr edilən “O üz” verilişinə müsahibə verib. 

Valideynini “Ailə həyatı quranda atamın yanımda olmağını çox istəyərdim” sözləri ilə xatırlayan Ş.Vəliyeva göz yaşı axıdıb: 

“14 yaşımda atamı itirdim. Onun haqda danışanda çox kövrəlirəm. Demək olar ki, hər zaman yanımda olurdu, məni aparıb, gətirirdi. Onun qəfil getməyi mənə çox pis təsir etdi. Ailə həyatı quranda atamın yanımda olmağın çox istəyərdim. Mənə xeyir-dua versin. 

Atam dünyasını dəyişən gündən ta gənc yaşlarına kimi çox çətinliklərdən keçdim. Çox boşluqlar oldu. Mən əzab-əziyyətlə böyümüşəm. Onun sənətə gətirdikləri də çox olub. Onun sənət aləmindən çox dostları olub, amma o dünyasını dəyişəndən sonra onlar atamı axtarmayıblar. Heç sənət dostlarından məzarı üstə gələnlər də olmayıb. Yaxşı ki, mən Elçin Cəlilovun övladıyam”. 

Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılmışdı.

37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilmişdi. Xanəndə Mehdiabad qəbiristanlığında dəfn olunub.  
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin