"Narkozla bağlı qorxum var. Çünki əməliyyat olunanda anestezi fərqli təsir etmişdi. Ürəyim dayanmışdı. Kliniki ölüm keçirmişdim. Belə şeylərə bir az həssas yanaşıram ki, sağlamlıq gözəllikdən öndədir".
Bizim.Media xəbər verir ki, bu haqda müğənni Natavan Həbibi qonaq olduğu "Xəzər axşamı" verilişində deyib.
Sənətçi bildirib ki, may ayında kor bağırsağından əməliyyat olunan zaman verilən narkozun miqdarı çox olduğundan ürəyi 3 dəqiqə dayanıb:
"Sağlamlıqla bağlı şikayətlənməyi xoşlamıram. Bu yaxınlarda da əməliyyat olunmuşam, may ayında. Kor bağırsağın partlamasından üç gün keçmişdi, zəhər qana keçirdi.
Narkoz çox vurulduğu üçün ürəyim dayanmışdı. Üç dəqiqə kliniki ölüm olmuşdu. Ölümdən sonra nə varsa, getdim onu gördüm. Bizi çox fərqli şeylər gözləyir".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:33 / 19.07.2024
Natavan Həbibi: "Kliniki ölüm keçirmişəm"
Hazırda oxunan: Natavan Həbibi: "Kliniki ölüm keçirmişəm"
Hazırda oxunan: Natavan Həbibi: "Kliniki ölüm keçirmişəm"
Natavan Həbibi kliniki ölüm keçirdiğini və narkozla bağlı qorxularını Xəzər axşamı verilişində açıqlayıb.
202770
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.