Xalq artisti Brilliant Dadaşova uzun müddət fasilədən sonra yeni layihəsini təqdim edib.
Bizim.Media xəbər verir ki, “Haqlısan” adlı nəğmə üçün kamera qarşısına keçən müğənni görünüşündə etdiyi dəyişikliklə diqqətləri üzərinə cəmləyib.
Saçlarını kürən rəngə boyatdıran Dadaşovanın klipi üçün xüsusi olaraq Rusiyadan model Daniel Kasyanenkoy dəvət edilib.
Klipin rejissoru Qulu Əsgərovdur. Estrada ulduzunun imici üzərində isə stilist Elnur Həsənov çalışıb.
Rəşad Əliyev, Bizim.Media