ABŞ-a köçüb istirahət üçün qızı Jozefina ilə yenidən Bakıya gələn Azad Azərbaycan (ATV) telekanalının keçmiş aparıcısı Günel Hümbətova anası ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, avtomobildə sükan arxasında əyləşən valideyinin görüntülərini çəkib sosial şəbəkə hesabında yayımlayan Günel anasının nümunəvi sürücü olduğunu yazıb.
“Anam 30 ildir ki, avtomobil idarə edir və gördüyüm ən səliqəli, qaydalara riayət edən sürücüdür. Özümü uşaqlığımdakı kimi hiss edirəm onun yanında oturan sərnişin kimi... Hər zaman da bizə ən zövqlü mahnılara qulaq asdırıb və onun sayəsində musiqi zövqümüzü inkişaf edib. Şadeni, Eniqmanı, Madonnanı və daha kimləri – kimləri mənə o təqdim edib uşaqlığımda... Ona söz vermişəm ki, Şadə konsert vermək qərarı alanda, anamı ora aparacağam”.
Rəşad Əliyev, Bizim.Media