Nadir: "Artıq Türkiyəyə gəlməyə tövbə etdim, bahaçılıqdır" - VİDEO

Hazırda oxunan: Nadir: "Artıq Türkiyəyə gəlməyə tövbə etdim, bahaçılıqdır" - VİDEO

202610

"Azərbaycan üçün çox darıxıram. Artıq Antaliyadan çıxıb Bakıya gəlmək istəyirəm. Hələ 3 gün də burada olacağam. Burada günəş vannası qəbul edərək "yanmışam", dərim soyulur. Görməmiş kimi, günəşin altından çıxmadım və nəticədə alnım da yanıb. Alnım qır kimi qap-qaradır".

Bizim.Media xəbər verir ki, bu sözləri hazırda Türkiyənin turistik bölgəsi Antaliyada istirahətdə olan müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada deyib.

Türkiyədə qiymətlərin artdığını söyləyən sənətçi bahaçılıqdan şikayət edib: "Artıq Türkiyəyə gəlməyə tövbə etdim. Gələn ildən yalnız Avropaya getmək lazımdır, çünki bura dəhşət bahaçılıqdır. 
Əvvəlki illərə nisbətdə burada qiymətlər artıb və bahaçılıqdır. Hətta yerli əhali də bahaçılıq olduğunu və Türkiyənin bahalı ölkələr sırasında olduğunu təsdiqləyir. 

Amma buna rəğmən yenə də buraya turistlər gəlir. Mən bu haldan şikayət etmirəm. Yəqin ki, belə olmalıdır. 

Belə baxanda bu saat dünyanın hər yerində bahaçılıqdır. Harada ucuz nə isə var ki? Əlin cibində olsun, xüsusilə də turist ölkələrində. Azərbaycan üçün darıxmışam. Xaricdə çox qala bilmirəm".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin