“Bu gün bir çox yerlərdə bayağılıq baş alıb gedir. Əsl sənət, musiqi, ifaçılar arxa plana keçib. Biz də o bayağılığa yol verməməliyik ki, gəlib çoxluq təşkil etməsin. Gərək, biz üstünlük təşkil edək. Düzdür, bayağılıq da olmalıdır. Yaxşının yanında pis də olmalıdır ki, yaxşı pisdən seçilsin. Amma bu aşırı dərəcədə olmamalıdır. Belə olan halda bu, insanı qıcıqlandırır”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nurlan Əzizbəyli qonaq olduğu “Danışır musiqi” verilişində deyib.
Mədəkiçiltmə əməliyyatı vasitəsi ilə artıq çəkidən xilas olduğunu söyləyən sənətçi yeni görünüşdə tezliklə solo konsert verəcək:
“Bu yaxınlarda görünüşümdə dəyişikliklər etdim. Düşünürəm ki, bu, səhnə insanı üçün çox lazım idi. Bir neçə il idi ki, artıq çəkidən əziyyət çəkirdim. Artıq çəkini aradan qaldırdım. 105 kiloqram çəkidə idim və bu çəki ilə əziyyət çəkirdim. Mənə çox insan söylədi ki, mədəkiçiltmə əməliyyatını etdirmə, çünki vokalçısan və bu sənin diafraqmanda (nəfəs alıb-verməkdə) çətinliklər yarada bilər.
Əməliyyat yolu ilə artıq çəkiləri atdıqdan sonra məndə biraz da yaşamaq, yaratmaq həvəsi oyandı. Düşünürəm ki, yeni görünüşdə və yeni həvəslə tamaşaçılarım üçün bir solo konsert verməyi planlaşdırıram”.
Rəşad Əliyev, Bizim.Media