"Azərbaycanı bəyənməyənlər var, mən də vaxtında çaşmışam. Olur da insanda belə şey. Azərbaycanın torpağı da dadlıdır. Hələ çörəyini, ətini, göyərtisini, ləzzətli yeməklərini demirəm".
Bizim.Media xəbər verir ki, bu sözləri ailəsi ilə birlikdə hazırda Türkiyədə istirahətdə olan müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.
Qafarzadə tətildə Azərbaycanın milli mətbəxi üçün darıxdığını söyləyib:
"İki gündür Türkiyədəyəm, mənə yemək göndərin. Dolmadan, küftədən, dovğadan... Azərbaycan, sənin qədrini bilməyənlər pis insanlardır. Səni çox sevirik".
Rəşad Əliyev, Bizim.Media