Şakira Amerika Kubokunun finalında mahnı oxuyacaq

Hazırda oxunan: Şakira Amerika Kubokunun finalında mahnı oxuyacaq

2024-cü il Amerika Kubokunun final matçının 15 dəqiqəlik fasiləsi müğənni Şakiraya görə uzadılacaq. Şakira Amerika Kubokunun finalında mahnı oxuyacaq. Matç fasilə ilə kəsiləcək.
201951

2024-cü il Amerika Kubokunun final matçının 15 dəqiqəlik fasiləsi müğənni Şakiraya görə uzadılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Marca” yazıb.

Turnirdə çalışan kolumbiyalı şərhçi Tito Puçetti bildirib ki, müğənninin çıxışı üçün 20-25 dəqiqə vaxt ayrılacaq. 

Jurnalist Juan José Buscaglia isə əlavə edib:

"Birinci hissə bitdikdən sonra səhnəni, səsi və digər hər şeyi hazırlamaq üçün 6 dəqiqə lazımdır. Şounun özü 7 dəqiqə sürəcək. 6 dəqiqə isə səhnənin sökülməsinə gedəcək. Bütün bunlar 20 dəqiqə ərzində sona çatacaq".

Belə ki, matç standart 15 dəqiqədən artıq fasilə ilə kəsiləcək. Bu qayda pozuntusu azarkeşlərin, futbol mütəxəssislərinin və məşqçilərin narazılığına səbəb olub.
Xatırladaq ki, Argentina və Kolumbiya 2024-cü ildə Amerika Kubokunun finalında qarşılaşacaq. 

Qarşılaşma iyulun 15-də Mayamidə baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin