"50 yaşını ötmüş müğənnilər: Aralarında Fəxri adı olan da, olmayan da var. Çıxırsınız efirə ki, “vaxtında varımız, evimiz, dövlətimiz, qızılımız olub”. İndi hanı onlar? Ağlınız olardı elə xərcləyərdiniz ki, bu yaşınızda da qalardı".
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında paylaşdığı video açıqlamada deyib.
Tolik, ad çəkmədən müğənni Sevda Əliqızının "Məndə olan pul, evlər heç indiki müğənnilərdə olmayıb" sözlərinə sərt şəkildə cavab verib:
"Bu cavanlara imkan verin. İndi cavanlar nə etsin? Hərənizin bir dövranı, saxlayanı, pul xərcləyəni olub. O vaxtlar telefon, “TikTok”, “Instagram” olmayıb ki, sizi də kabinetdə çəkib, sevgililərini paylaşsınlar. İndi cavanları salmısınız gözümçıxdıya. Siz etdiyinizi indiki müğənnilər etməzlər".
Bununla yanaşı, Tolik ayda 100 min manat qazandığını deyən müğənniləri də qınayıb:
"İndi Şəbnəm, Vəfa (müğənnilər Şəbnəm Tovuzlu, Vəfa Şərifova - red.) çıxıb deyir ki, “ayda gəlirim 100 mindir”. Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız. İki günə 100 min qazanan müğənni var. Kimə özünüzü göstərirsiniz? Kimə lazımdır? 3, 4 minə toya gedirsiniz, ayda evdə tapılmırsınız. Bu göstərici, sənətkarlıq, elit təbəqə deyil. Sizdən yuxarı təbəqə 2, 3 günə 3, 4 toya gedib 100 minləri var. 30 gün hava limanında yatmayaraq, Bakıda ayda 3 toya gedib 100 min qazanan müğənni var.
Heç kimə paxıllıq etmirəm. Bunu deməklə nə göstərmək istəyirsiniz? Ayda 300, 500 işləyənlərə acıq verirsiniz? Deyirsiniz, siz kasıbsınız, biz varlı? Öllkədə 10 müğənni var ki, ölkədən çıxmır. Nə uşağınızın, nə ərinizin yanındasınız. Bütün günü təyyarədəsiniz. Elə bil milyon qazanırsınız. Ayıbdır, camaat nə deyəcək? Görməmişliyin də dərəcəsi var".
- A-
- A
- A+
Şoutaym
18:15 / 12.07.2024
Tolikdən qadın müğənnilərə: "Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız" - VİDEO
Hazırda oxunan: Tolikdən qadın müğənnilərə: "Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız" - VİDEO
Hazırda oxunan: Tolikdən qadın müğənnilərə: "Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız" - VİDEO
Tolikdən qadın müğənnilərə: "Vergi qapınızı döysə, 77 dəsmalla ağlayacaqsınız" - VİDEO. Tolik, sosial şəbəkədə müğənnilərə sərt sözlərlə cavab verib və ayda 100 min manat qazandığını iddia edənləri qınayıb.
201756
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.