Həbsdə olan türkiyəli fenomen Dilan Polatın qayınanası Şükran Polata yazdığı məktub üzə çıxıb.
Bizim.Media xəbər verir ki, məktubu Ş. Polat sosial şəbəkə hesabında paylaşıb.
Məktubun fotosunu yayımlayan Dilanın qayınanası “Dilan qızımdan məktub gəldi. Ürəyim dözmür” şərhini yazıb.
Fenomen isə məktubda haqsızlıqla qarşılaşdığını iddia edərək “Günahımız yoxdur. Uşaqlarımın həsrətinə dözməyə gücüm qalmayıb” sözlərini yazıb.
Qeyd edək ki, Türkiyədə çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən Dilan Polat və əri Engin Polatla bağlı istintaq davam edir. İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamənin təfərrüatları məlum olub.
Cütlüyü 3 ayrı cinayətə görə 40 ilə qədər həbs gözləyir. Hazırlanan iddianamədə Dilan və Engin Polatın “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək”, “cinayət nəticəsində əmlak dəyərlərinin yuyulması” cinayətlərinə görə ümumilikdə 20 ildən 40 ilə qədər həbs cəzasına məhkum edilməsi tələb olunur.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:35 / 12.07.2024
Dilan Polatın həbsdə yazdığı məktub ÜZƏ ÇIXDI – FOTO
Hazırda oxunan: Dilan Polatın həbsdə yazdığı məktub ÜZƏ ÇIXDI – FOTO
Hazırda oxunan: Dilan Polatın həbsdə yazdığı məktub ÜZƏ ÇIXDI – FOTO
Dilan Polatın həbsdə yazdığı məktub üzə çıxdı və qayınanası Şükran Polat onu sosial mediada paylaşdı. Məktubda Dilan Polat haqsızlıqla suçlandığını iddia edir və cütlüyün 40 ilə qədər həbs gözlədiyi bildirilir.
201685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.