Hüseyn Həsənovdan 153 milyon borcunun olması xəbərinə REAKSİYA  – FOTO

Hazırda oxunan: Hüseyn Həsənovdan 153 milyon borcunun olması xəbərinə REAKSİYA  – FOTO

Hüseyn Həsənovdan 153 milyonluq borcunun olması xəbərinə REAKSİYA: “Hər şey yaxşıdır”. Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov, sosial şəbəkə istifadəçilərinin suallarını cavablandıraraq məqamlara işıq tutub.

201673

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb. 

Bizim.Media xəbər verir ki, Hüseyn son günlər Rusiya vergi orqanlarına 153 milyon rubl borcu olması ilə bağlı haqqında çıxan xəbərlərə münasibət bildirib. 

Belə ki, izləyicisinin “Səni xəbərlərdə izləyirik. Danışacaqsan?” sualına Həsənovun cavabı belə olub: 

“Əgər kimsə nəsə danışır və ya yazırsa, bu hər zaman düzgün olduğuna dəlalət etmir. Hər şey yaxşıdır”. “Nəyə görə Azərbaycana köçdünüz?” sualına Hüseyn belə cavab verib: 

“Mən heç yerə köçməmişəm. İstədiyim yerdə və istədiyim vaxt yaşayıram. Mən Bakıdakı tətildən və buradakı həyatdan həzz alıram. Hər zaman səyahət edirəm və mən dünya adamıyam. Mənim üç əsas yaşadığım şəhər var: Bakı, Moskva və Dubay. Hər yerdə də bütün işlərim düz yoldadır”. 

Bloger qadın düşkünü olması ilə bağlı izləyicisindən gələn suala belə münasibət bildirib: 

“Hələki subayam. Yəni mən nə evli, nə də ki, hansısa bir xanımla münasibətdəyəm. Kimlə istəsəm, istədiyim vaxt və istədiyim qədər ünsiyyət qururam. İstənilən yerdə də tanış oluram. Məni necə istəyirsinizsə elə də adlandırın. Heç vecimə də deyil. Yeri gəlmişkən, mən aldatmağa qəti şəkildə qarşı olan kişilərin kiçik faizinə aidəm. Mən heç vaxt adamımı aldatmayacağam. Mən yalnız bir insanı sevə bilirəm”. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin