Sevda Kazımova: “Ərimlə ayrılmağıma səbəb oğlan müğənni olub” – VİDEO 

Hazırda oxunan: Sevda Kazımova: “Ərimlə ayrılmağıma səbəb oğlan müğənni olub” – VİDEO 

201662

“Bir də gördüm ki, mən və həyat yoldaşım ayrılmışıq. Heç birimiz ayrılmağa qərar vermədik. Mən indi yaşadığım evdə qaldım, həyat yoldaşım isə buradan çıxıb getdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Kazımova qonaq olduğu “Evdəkilərə salam” verilişində deyib. 

Sənətçi bildirib ki, onun ailəsini dağıdan həm onun, həm də ərinin dostu, müğənni oğlan olub: 

“Həyat yoldaşımla ayrılmağımı istəyən ara vuranlar, ev dağıdanlar var idi. Bizim ayrılmağımıza səbəb müğənni oğlan olub. O həm mənim, həm də ərimin dostu idi. Ev dağıdanın evi olmaz. Bu, mümkünsüzdür. O şəxsin də evi dağılıb”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin