"Başqa insan çıxıb Brilliant Dadaşovaya bənzəsəydi, heç nə deməzdi. Amma istedadlı bir qız oxuyur. Brilliant xanımın inciməyə haqqı var idi".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Həftənin qonağı" verilişində deyib.
Sənətçi illərdir küsülü olduğu və bir müddət əvvəl barışdığı Xalq artisti Brilliant Dadaşovadan söz açıb. Məmmədova bildirib ki, Dadaşova ilə küsülülüyün səbəbi verilişlərdən birində onun adını çəkməməsi olub:
"3 yaşımda efirdə gördüm ki, bir xala oxuyur: "Ay Lalə". Elə bilirdim dünya mənimdir. Uşaq verilişinə gəldim və 14 yaşında təsnif oxudum. Dedilər ki, təbiətə aid nəsə oxu. Getdim "Göygöl" mahnısını oxudum. Studiyada dedilər ki, necə Brilliant Dadaşovaya oxşayır. Getdim Brilliant xanıma qulaq asdım. Amma gəlib efirdə dedim ki, Elmira Rəhimovaya qulaq asırdım. Gözümü açandan ona qulaq asmışdım. Bundan incidi. Gərək, adını çəkərdim. Brilliant xanım bir dəfə yaxşı dedi ki, biz dost olmamışıq axı. Biz heç dost olmamışıq, bir-birimizdən xəbərsiz idik".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:52 / 11.07.2024
Brilliant illərdir bu sözə görə Lalə ilə KÜSÜLÜ İMİŞ
Hazırda oxunan: Brilliant illərdir bu sözə görə Lalə ilə KÜSÜLÜ İMİŞ
Hazırda oxunan: Brilliant illərdir bu sözə görə Lalə ilə KÜSÜLÜ İMİŞ
Əməkdar artist Lalə Məmmədovanın Brilliant Dadaşova ilə olan küsülülüyü və barışması ilə bağlı danışdığı məqalə.
201603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.