"Həmkarım Səməd Səmədov dünyasını dəyişdikdən sonra duet təklifi aldım. Amma özümə söz verdim ki, bir daha duet oxumayacağam.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Əliqızı "Qonaqcanlı" verilişində deyib.
Duet ortağı Xalq artisti Səməd Səmədovdan söz açan sənətçi mərhumun həyat yoldaşı İradə xanımla yaxın olduğunu bildirib:
"Hər ad günündə, bayramlarda gedib Səmədin məzarını ziyarət edirəm. Ailəsi ilə çox yaxınam, iki gündən bir həyat yoldaşı İradə xanımla danışıram".
Sevda ayrıldığı həyat yoldaşından da bəhs edib. O bildirib ki, ikinci ərindən uşağı olmayıb:
"İkinci dəfə ailə quranda 7 il sənətə ara verdim. Ailəyə hörmətdən etdim. Oxumağımı istəmədi, mən də oturdum evdə. 7 ildən sonra qayınanam, dayıları, qohumları dedilər ki, bu cür sənəti olanı evdə saxlamağın düzgün deyil. Özü aparıb, özü gətirirdi. Razılıq verməsəydi, oxumazdım. Hər şeydən vacib ailədir. Hər zaman ailəni üstün tutmuşam, amma təəssüflər olsun ki, ikinci nikahımdan övladım yoxdur".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
17:55 / 09.07.2024
Sevda Əliqızı: "7 ildən sonra qayınanam dedi ki, bu cür sənəti olanı evdə saxlamazlar"
Hazırda oxunan: Sevda Əliqızı: "7 ildən sonra qayınanam dedi ki, bu cür sənəti olanı evdə saxlamazlar"
Hazırda oxunan: Sevda Əliqızı: "7 ildən sonra qayınanam dedi ki, bu cür sənəti olanı evdə saxlamazlar"
201251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.