Səidə: “Maskalıların məclisində məni öldürsəydilər, heç kimin xəbəri olmayacaqdı” - VİDEO

Hazırda oxunan: Səidə: “Maskalıların məclisində məni öldürsəydilər, heç kimin xəbəri olmayacaqdı” - VİDEO

201168

“Dava olanda özüm girirəm söhbətə. Bıçaq davası olsa da girirəm söhbətə. Deyən lazımdır ki, get otur yerində, bu sənə lazımdır?! Bir-iki dəfə bütöv toy sifarişində belə hadisələrin şahidi oldum”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu “Qapqara” verilişində deyib. 

Sənətçi Moskvada iştirak etdiyi toyların birində üzləşdiyi təhlükə dolu hadisədən söz açıb. Səidə bildirib ki, məclisdəki maskalı şəxslər onun qonorarını vermək istəməyib: 

“Bir dəfə elə bir yerə düşdüm ki... Orada insanların üzü maskalı idi. Bu məclis Moskvada idi. Gördüm ki, onlar pulumuzu “fırlatmaq” (verməmək – red.) istəyirlər. Bəlkə də orada məni öldürsəydilər, heç kimin bundan xəbəri olmayacaqdı. Bu söhbəti orada özüm həll etməli idim. Toylarda söz-söhbət olanda araya özüm girirəm. Həyat məni hər zaman belə hadisələrlə rastlaşdırır”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin