Sənubər İsgəndərli: "Hələ də kişi aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır"

Hazırda oxunan: Sənubər İsgəndərli: "Hələ də kişi aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır"

200687

"Bu sənətdə hər şey çətindir. Çünki hələ də təfəkkürdə kişi aktyorun qadın paltarı geyinməsi birmənalı qarşılanmır".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli qonaq olduğu "YouTube"da yayımlanan "Otaq 9" layihəsində deyib.

Aktrisa həmkarlarına verilən qiymət və dəyərdən şikayətlənib:

"Hələ də, bəzi hallarda aktyor deyəndə səthi yanaşılır. Təbii ki, teatr yaranan dövrdən bu yana köklü dəyişiklik var. O dövrdə kişilər aktrisa kimi səhnəyə çıxırdı, indi bu dəyişib. Lakin hələ də o təfəkkürdə olanlar var. Hələ Mirzə Ələkbər Sabirin qəzəllərində olduğu kimi, "Oxutmuram əl çəkin" deyənlər var. Gəncləri qınamaq lazim deyil. Düşünürlər ki, həyat qabaqdadır, hələ "nə xariqələr yaradacağam" deyirlər. Universitetə girəndə, birinci kursda hamısı "Xalq artisti"dir. Böyüdükcə hər şeyin fərqinə varırlar. Bugünkü gündə də ucqar kəndlərdə 14-15 yaşlı qızı ərə verməyə çalışır, bunun üçün yaşayırlar. Hələ də bu düşüncə var ki, qızı üçün edə biləcəyi ən yaxşı şey onu ərə verməkdir. İnsan özü düzəlmək istəməsə, mümkün deyil".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin