Şəbnəm Tapdıq: “Kişi qadının yanında olsa da olar, olmasa da” – VİDEO    

Hazırda oxunan: Şəbnəm Tapdıq: “Kişi qadının yanında olsa da olar, olmasa da” – VİDEO    

200566

“Mən tək deyiləm. Mənim nəvələrim var. O günü görmək istəmirəm, amma nəvələrim var. Onlar bacımın nəvələridir. Mən hazırcavabam. Mənim bir gözəl xüsusiyyətim var: Məni seçmirlər, mən seçirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Şəbnəm Tapdıq qonaq olduğu “Həmin Zaur” verilişində deyib. 

Sənətçi ailə qurmamasını belə nəql edib: 

“İnsan var ki, ailə qurur, sonra başına döyüb deyir ki, kaş ailə qurmazdım, övladım olmazdı, bu arvadı almazdım, evlənməyəydim. Belə düşünənlər də var. Mən tənha deyiləm. Mənim çox gözəl qohumlarım və rəfiqələrim var. İstəyənlərim də var, amma onlara “Yox” deyirəm. Mən Bakı funikulyoru, alimlər evində yaşayıram. Sintizatorda gəşəng musiqilər çalıram, gözəl aranjimanlar edirəm. Bütün evlərin işləri ilə özüm məşğul oluram”. 

Ş.Tapdıq şəxsi biznesindən də söz açıb: 

“Elə şəxslər var ki, ailə qurur sonra bunun peşmanlığını yaşayır. Atalar var ki, efirə çıxıb söyləyirlər ki, bir neçə övladım var, amma məni atıb gediblər. Kaş ki, mənim belə övladım heç olmayaydı. Amma mənim atam mənimlə fəxr edib. Atama son mənzilə yola salana kimi baxmışam. Ailədə mən, iki bacı bir qardaşıq. Qardaşım qonşuluqda yaşayır. Mənim çox gözəl qonşularım var. O cür binada yaşayıram. Avtomobilim də var, onu da özüm idarə edirəm. Mən çox işgüzar qadınam. Özüm də tərbiyəli və düz adamam. Çox gözəl gəlir yerim var. Efirdə bu haqda danışa bilmərəm. Mənim özümün şəxsi biznesim var. Mənə mahnılarla bağlı sifarişlər gəlir. Onların da yaxşı gəliri olur”. 

Müğənni bildirib ki, onun həyatında kişinin olub-olmamasının bir fərqi yoxdur: 

“Çox insan istəyir ki, birisi gəlib yanımda otursun və əsəblərimlə oynasın. Mənim çox gözəl nişanlım olub. O elə bir oğlan idi ki, bu saat gün işığında onu çıraqla axtarsan, tapa bilmərsən. O ölməyib, sağdır. O, xaricdə işləyirdi. O məni dəhşət çox sevirdi. Nişanlı ikən o mənə iki dəqiqədən bir zəng edirdi. Deyirdim ki, belə etməklə mənim əsəblərimlə oynayırsan. Elə şeylər var ki, onlar məcburidir.
Göz məcbur görməlidir ki, yeriyəndə yıxılmayasan, burun məcbur nəfəs almalıdır ki, boğulub ölməyəsən, ayaq mütləq sağlam olmalıdır ki, özün yeriyəsən, özünün qazancın olmalıdır ki, özünü saxlayasan, kiməsə ehtiyacın olmasın. Kişi isə elə şeydir ki, olsa da olar, olmasa da. Mənim üçün kişi olmasa da olar. Kişi qadınsız qala bilməz. Kişi kiçik yaşda olanda ana, böyük yaşda isə ona arvad baxır. Amma mən özümə həm xanım, həm də kişi olmuşam. Mən 100 yaşdan daha çox yaşayacağam. Nənəmin 107 yaşı vardı, qız kimi idi. Mən onun pəhrizini saxlayıram”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin