Ayan: "Kişilik diplomla ölçülmür" - FOTO

Hazırda oxunan: Ayan: "Kişilik diplomla ölçülmür" - FOTO

Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə Tağı Hüseynovun "Nigar xanım" verilişində dilə gətirdiyi fikirlərə münasibət bildirib. "Kişilik diplomla ölçülmür" - FOTO "Mən heç vaxt anlamadım belə mühakimə etməyi və qəbul da etmirəm. Bizim dinimizdə deyir ki, sənin atan kimdirsə, sən də o cür insansan? Bu nə deməkdi axı? Bir insan özünə görə şəxsiyyətdir."
200140

"Mən heç vaxt anlamadım belə mühakimə etməyi və qəbul da etmirəm. Bizim dinimizdə  deyir ki, sənin atan kimdirsə, sən də o cür insansan? Bu nə deməkdi axı? Bir insan özünə görə şəxsiyyətdir. Məcburdur ərə getdimsə, onun atası-anası olmalıdır. Bəlkə uşaq evində böyüyüb?".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva sosial şəbəkə hesabında yazıb.

Sənətçi hüquqşünas Tağı Hüseynovun "Nigar xanım" verilişində dilə gətirdiyi "Boşanmış ailədən qız almaram" fikirlərinə belə münasibət bildirib:

"İndi ata-ana onu atıbsa, bu da öz övladını atacaq? Bu nə cahillikdir? Kişilik diplomla ölçülmür. Burada bu ekspert deyir ki, “kişilik, atası əgər anasına necədirsə, o da öz həyat yoldaşına qarşı elə olacaq”. Bu, çox səhv məntiqdir. O zaman gərək hər kəs atası- anası olanla evlənsin? Nə bilirsiniz ailədə o ata-ana nə işlə məşğuldur. Bu savadsızlığı qoyub bir kənara insanları necə var, elə qəbul edib həyatınıza davam edin. 

Ekpert, siz ölməmisiniz. Amma ailə quran övladınıza niyə qarışmalısınız? Bu nə məntiqdir? Kişilik məhfumu qadında da olur. Əsas insanlıqdır. Vicdanlı, mərhəmətli, heç kimin haqqına girməyən, özünü doğrultmuş bir insandırsa, bitdi. 
Məncə, bu qədər insanların həyatına maraq göstərməyin. Dinimizdə bir insanın həyatı ilə oynamaq ən böyük günahdır. İmkan verin elə övladınız da öz həyatında kim olacaq, özü qərar versin. Bu mentalitet ya da bu psixologiyanı qoyun bir kənara. Övladı böyütmüsünüz deyə, “onun hər şeyinə qarışa bilərəm” deyə bir şey yoxdur".


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin