Çılğın hərəkətləri və qalmaqallı çıxışları ilə diqqət çəkən türkiyəli müğənni və bəstəkar Yıldız Tilbe İzmirdə konsert verib.
Bizim.Media xəbər verir ki, musiqili gecədə Tilbe belinə qədər uzanan parikini səhnədə çıxarması ilə gündəm olub.
Belə ki, Yıldız səhnədə mahnısını ifa edərkən parikini başından çıxararaq oturacağın üstünə qoyub.
Başındakı parikdə sadəcə 22 dəqiqə dayana bilən müğənni performansına öz orijinal saçları ilə davam edib. Məşhurun bu hərəkəti isə onu seyr etməyə gələn tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Rəşad Əliyev, Bizim.Media