Xəbər verdiyimiz kimi, tatar əsilli rusiyalı müğənni Alsu milyarder əri Yan Abramovdan boşanıb. O, ailəsinin dağılmasında günahkar saydığı Anastasiya Reşetovanı (repçi Timatinin keçmiş sevgilisi) bir daha alçaldıb.
Bizim.Media xəbər verir ki, ifaçı ərinin məşuqəsi haqda sosial şəbəkədə qalmaqallı açıqlamalar verib.
“Təbii ki, sosial məsuliyyəti az olan bir qızdan danışıram... Onlara ən qədim peşənin nümayəndələri deyirlər”, - deyə vokalçı vurğulayıb.
Onun bu sözləri Reşetova evli kişilərlə görüşmədiyinə əmin olduqdan sonra səslənib. Bu isə Alsunun şiddətli qəzəbinə səbəb olub. O qeyd edib ki, ikiüzlülüyə və riyakarlığa nifrət edir.
Müğənni əlavə edib ki, o, sussa da, onun kimi insanların da səbrinin həddi var?
“Mən yalanı sevmirəm, riyakarlığı sevmirəm. Hər şeyi öz adı ilə çağırmaq lazımdır”.
Sonra o, Annanın tezliklə bu hücumlara göz yaşları ilə cavab verəcəyini bildirib:
“Bizi bəhanələr və işlənməmiş uşaqlıq travmaları haqqında hekayələr ilə ağlamalı müsahibə gözləyir”.
Qeyd edək ki, may ayının sonunda Alsu ərindən boşanmaq üçün rəsmi müraciət edib. Eyni zamanda, Yanın Reşetovanın yanında dəfələrlə göründüyü barədə məlumatlar ortaya çıxıb. Annanın Alena Şişkovadan oğurladığı repçi Timati ilə 6 illik münasibəti var. Lakin Reşetova bu cür şayiələri inadla təkzib edir.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:46 / 01.07.2024
Alsu boşanmasında günahkar olan ərinin məşuqəsini İFŞA ETDİ - FOTO
Hazırda oxunan: Alsu boşanmasında günahkar olan ərinin məşuqəsini İFŞA ETDİ - FOTO
Hazırda oxunan: Alsu boşanmasında günahkar olan ərinin məşuqəsini İFŞA ETDİ - FOTO
Alsu boşanmasında günahkar olan ərinin məşuqəsini İFŞA ETDİ - FOTO Xəbər verdiyimiz kimi, tatar əsilli rusiyalı müğənni Alsu milyarder əri Yan Abramovdan boşanıb. O, ailəsinin dağılmasında günahkar saydığı Anastasiya Reşetovanı (repçi Timatinin keçmiş sevgilisi) bir daha alçaldıb.
199865
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.