Alsudan milyarder ərinin barışmaq istəyinə REAKSİYA: “Geri dönüş yoxdur” 

Hazırda oxunan: Alsudan milyarder ərinin barışmaq istəyinə REAKSİYA: “Geri dönüş yoxdur” 

Alsu, milyarder əri Yan Abramovun barışmaq istəyinə münasibət bildirib və boşanma prosesində sülh yolu ilə həll olunması barədə açıqlama verib.
199414

Rusiyalı müğənni Alsu, milyarder əri Yan Abramovun barışmağa hazır olması ilə bağlı yayılan şayiələrə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi “Ostorojno Media”ya açıqlama verib. 

“Hazırda Yanın vəkilinin şərhinə baxaraq deyə biləcəyim yeganə şərh odur ki, boşanma hələ də davam edəcək və ailəni qorumaq və barışmaq üçün deyil, məhkəmənin şərtlərini sülh yolu ilə həll etmək üçün məhkəməni iki ay təxirə saldılar. Əmlakın bölüşdürülməsi ilə bağlı qərar mənim tərəfimdən qəbul edildi, geriyə yol yoxdur”, - deyə Alsu vurğulayıb. 

Xatırladaq ki, 40 yaşlı Alsu 46 yaşlı Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib. Bu isə bir ay əvvəl məlum olub.

Ötən gün isə mediada müğənninin keçmiş ərinin evliliyi xilas etmək niyyətində olduğu və ona 2,5 milyard rubl ödəməyə hazır olduğu barədə məlumatlar yayıldı. Bildirilib ki, məhkəmə iclasında Yan Abramov barışmaq etmək üçün boşanma prosesinin sülh yolu ilə həll edilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə iki ay təxirə salınıb. Yan Abramovun vəkili bildirib ki, hər iki tərəf barışıq təklifi ilə bağlı vəsatət verib. Qeyd ki, Alsu və Yan Abramov 2006-cı ildə evləniblər. Cütlük çoxlu sayda məşhur qonağın iştirakı ilə dəbdəbəli toy edib və bu, bəyə 3 milyon dollara başa gəlib. Cütlüyün birlikdə üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mişella və altı yaşlı Rafael. 






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin