Azərbaycanın Xalq artisti rus arvadından buna görə BOŞANIB

Hazırda oxunan: Azərbaycanın Xalq artisti rus arvadından buna görə BOŞANIB

Azərbaycanın Xalq artisti Yusif Eyvazov və Rusiyanın Xalq artisti Anna Netrebko 9 illik münasibətlərini sonlandıraraq boşanıbl. Boşanma səbəbini uzun məsafə olaraq göstərilir.

199283

Xəbər verdiyimiz kimi, Xalq artisti Yusif Eyvazov və həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko 10 illik münasibətlərini sonlandıraraq boşanıb. 

Bizim.Media “StarHit” nəşrinə istinadən xəbər verir ki, Y.Eyvazovla A.Netrebkonun ayrılmasına səbəb aralarında olan uzun məsafə olub. 

“Bu, zaman məsələsi idi, çünki onlar son vaxtlar müxtəlif ölkələrdə yaşayırlar: Yusif daha çox Bakıda işləyir, Anna isə daim Vyanadadır. Münasibətləri sadəcə olaraq yox oldu, hər şey öz-özünə baş verdi”, - deyə nəşr yazıb. 

Həmçinin bildirilib ki, dünyanın bir çox yerində mülkləri olan cütlük üçün əmlak bölgüsü çətin olmayıb.  

Qeyd edək ki, Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktorudur. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin