Gövhər Rzayeva: "Elə müğənni efirə çıxır ki, adam televiziyadan xəcalət çəkir"

Hazırda oxunan: Gövhər Rzayeva: "Elə müğənni efirə çıxır ki, adam televiziyadan xəcalət çəkir"

199163

"Azərbaycanın gözəl sənətkarları var. İndiki vaxtda gənc müğənnilər var. Belələri çıxıb oxumalıdır. Bir də görürsən, elə müğənni efirə çıxır ki, adam özü televiziyadan xəcalət çəkir. Mən özüm də. Musiqini bilən adam bunu tez hiss edir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.

Qarmon ustadı sənətə gələn bəzi ifaçıların böyük sənətkarlara qarşı hörmətsiz davranışlarını sərt şəkildə tənqid edib:

"12 yaşımdan, 55 ildir səhnədəyəm. Bizim ailəmizdə hamı musiqiçi olub. Əvvəllər musiqiçilər çox az idi, barmaq sayılacaq qədər az. İndi isə musiqiçi doludur. Əvvəlki ilə indiki sənət camiəsi arasında çox fərq var. Yaxşıya yox, pisə doğru gedir.

Böyük-kiçik, hörmət qalmayıb. Bizim ixtiyarımız nə idi ki, böyük sənətkarların yanında özümüzü sərbəst aparaq. Hamısına hörmət edir, "sizlə" danışırdıq. Amma indikilər belədir ki, çıxır deyir, "mənəm". Heç qurban olduğum Allah özünə "mən" deməyib. 
Məclisə girdin, böyüyə hörmət etməlisən, aşağı-yuxarı söhbəti olmaz. Gözəl sənətkar ola bilərsən, lap böyük vəzifədə ol, insanlığın olmadı, apar qaytar. Bu, onun sənətini də gözdən salır".   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin