Rasim Balayev: \"Televiziyanın 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi\"

Hazırda oxunan: Rasim Balayev: \"Televiziyanın 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi\"

199155

"Ucuz şeylərlə reytinq tutmaq lazım deyil. Deyəndə ki, bu, belədir, cavab verir ki, reytinq budur. Reytinq nədir? Tamaşaçıların zövqünü tamam korlayıblar. Ciddi şeyə baxa bilmirlər. Əxlaq olmayan yerdə özbaşınalıq olur. Cəmiyyətdə hərə öz yerini bilməlidir. Mən daxilimdə azərbaycanlıyam, fransız ola bilmirəm, heç istəmirəm də. Allah məsləhət bilsəydi, elə fransız yaradardı. Mən niyə ondan pis şeyləri oğurlamalıyam. Kişi kişi ilə, qız qızla evlənir. Bu, dünyanın sonuna işarələrdir. O verilişi hazırlayan, filmi çəkən bununla nə demək istəyir?"

Bizim.Media xəbər verir ki, bu sözləri Şöhrət, Şərəf və İstiqlal ordenli, Xalq artisti Rasim Balayev qonaq olduğu "Otaq 9" verilişində deyib.

75 yaşlı aktyor efirlərdə yayımlanan verilişləri sərt şəkildə tənqid edib:

"Məhkəmədə olan şeyi gətirib televiziyaya çıxarırlar. Bir yekəbaş arvadı ilə birləşib anasını evdən qovub. Bizim də dinimiz deyir ki, cənnət anaların ayaqları altındadır. Yaxşı, sən bunu televiziyada niyə göstərirsən? Ola bilsin ki, bu tipik hadisə haradasa bir yerdə baş verib. Məhkəməlik olan şeyi gətirib efirdə verirsən. Uşaq, cavan da baxır. Mən yaşda birinə təsir etməz, tam əksi ikrah hissi oyadar. Belə şeydən iyrənirəm. Amma uşaqlar baxır. Ona evdə tərbiyə verirsən ki, böyüyə, kiçiyə hörmət et. Amma sonra baxır ki, sən demə, ananı evdən qovmaq olur. Bununla nə demək istəyirsiniz? Bu nə geyimlərdir, efirə çıxırsınız? Hava istidir, mən də istəyərəm ki, burada şortla gəzim. Bizim milli mentalitetimizə uyğun gəlmir. Demirəm, biz qalaq keçmişdə, o qaranlıqda. Yox, zamanla ayaqlaşmalıyıq, amma yaxşı şeylərlə. Təəssüf ki, ucuz yolla gedib, reytinq qazanmaq istəyənlər var. Bu reytinqin də nəticəsi tamaşaçı zövqünü korlamaqdır və insanlar yavaş-yavaş vəhşiləşirlər. Bu sözümə görə məni qınamışdılar.

Amma təəssüf ki, bu gün kütlə var. Bu kütləni də yetişdirib çoxaldan verilişlərimiz, televiziyadır. Əvvəl savadlı, ağıllı adamlar efirə çıxardı. Bu gün televiziya olub, rusların bir sözü var "проходной двор" (karvansaray - red.). Kim gəlir, efirə çıxarırlar. Televiziyaya nümunəvi adamlar çıxarılmalıdır. Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin