Xəbər verdiyimiz kimi, ötən axşam şairə və pianoçu Zəhra Bədəlbəylinin toyu olub.
Bizim.Media xəbər verir ki, Bədəlbəylinin xoş günündə məşhur qonaqlar arasında “Avroviziya” təmsilçilərimiz Aysel Adıgözəlzadə (Teymurzadə), Nigar Camal və Safura Əliyeva (Əlizadə) yer alıb.
Müxtəlif illərdə ölkəmizi təmsil edən ifaçılar birlikdə əylərək, rəqs ediblər.
Nigar bu anları lentə alaraq sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Aysel Teymurzadə 2009-cu ildə dünya şöhrətli ulduz Araşla, 2010-cu ildə Safura Əlizadə və bir il sonra 2011-ci ildə Nigar Camal həmkarı Eldar Qasımovla “Avroviziya” beynəlxalq mahnı yarışmasında ölkəmizi layiqincə təmsil ediblər.
Rəşad Əliyev, Bizim.Media