Maksim Qalkin 48 yaşını ailəsi ilə belə keçirdi - FOTO

Hazırda oxunan: Maksim Qalkin 48 yaşını ailəsi ilə belə keçirdi - FOTO

198111

Rusiyada “xarici agent” statusu aldıqdan sonra ölkəsindən qaçan yumorist Maksim Qalkin son illər pul qazanmaq üçün dəridən-qabıqdan çıxır. Bu səbəbdən sənətçi qastrol səfərlərində xarici ölkələri gəzir. Səfərlər zamanı o, təkcə həmkarlarını deyil, rusları da təhqir edir. Davamlı tamaşalarına ehtiyac olduğu üçün Qalkin tez-tez yollarda olur, həyat yoldaşı və uşaqlarından uzaqlaşır.

Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl 48 yaşı tamam olan Maksim ailəsini başına toplayaraq doğum gününü qeyd edib.

Sosial şəbəkə hesabında o, ad günündən çəkilmiş fotolarını paylaşıb.

Şəkillərdə Maksimin həyat yoldaşı Rusiyanın Xalq artisti Alla Puqaçova və uşaqları - Harri və Yelizavetta (Liza) yer alıb.

Qalkin məclisində iştirak edən qonaqları göstərməyib.

Qeyd edək ki, 2022-ci ilin payızında Maksim Qalkin “xarici agentlərin” reyestrinə daxil edilib. Xarici agentlərə Rusiyada bank hesabları və plastik kartlar açmaq qadağan edilmir. Bununla belə, onlar öz fəaliyyətlərinin məqsədləri, eləcə də əldə etdikləri gəlir və xərclər barədə hesabat təqdim etməlidirlər. Onlar məlumatın növündən asılı olaraq rüblük, altı ayda bir və ya ildə bir dəfə təqdim edilir.





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin