Alsu ilk dəfə milyarder ərindən boşanmasından DANIŞDI: “Hər şey yaxşıdır”

Hazırda oxunan: Alsu ilk dəfə milyarder ərindən boşanmasından DANIŞDI: “Hər şey yaxşıdır”

198103

Xəbər verdiyimiz kimi, may ayının sonunda Rusiyanın məşhur pop ulduzu Alsu 18 illik evliliyindən sonra milyarder əri Yan Abramovdan boşanmaq üçün ərizə verib.

Bizim.Media xəbər verir ki, sənətçi Moskvada keçirilən “Best Music Fest” musiqi festivalında  mətbuat nümayəndələrinin sözügedən mövzu ilə bağlı suallarından yayınıb.

Jurnalistlərlə söhbətində müğənni boşanması haqqında danışmaq istəmədiyini bildirsə də, hər şeyin qaydasında olduğunu qeyd edib.

“Hər şey yaxşıdır, şərh vermirəm, amma hər şey yaxşıdır”, - deyə Alsu vurğulayıb.
Cütlüyün ayrılması ilə bağlı çoxlu söz-söhbətlər yayılıb. Cültüyə yaxın mənbə Abramovun Alsuyu uzun illər aldatdığını, həmçinin uzun müddət onunla yaşamadığını və yalnız qısa səfərlərdə “ailə yuvasında” göründüyünü iddia ediblər.

Sosial şəbəkə əhli isə iş adamının məşuqəsinin olmasından şübhələnir. Onların iddialarına görə, Yan Rusiyalı repçi Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə eşq yaşayır. Anastasiya özü bu şayiələri şərh etmir. Reşetova sevgilisi olduğunu etiraf edərək, ondan üç yaş böyük olduğunu qeyd edib (bu, Abramovla üst-üstə düşmür). Həmçinin o, evli kişiyə belə baxmayacağını bildirib.

Qeyd edək ki, Alsu və Yan Abramov 2005-ci ildə tanış olub, 2006-cı ildə isə cütlüyün Moskvada bir çox məşhurların, o cümlədən iş adamlarının və siyasətçilərin iştirak etdiyi toyu olub. Onların birlikdə üç övladı var: 17 yaşlı Safina, 16 yaşlı Mişella və 6 yaşlı Rafael.





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin