“Əvvəllər mənə yazılan neqativ şərhləri çox oxuyurdum və o sözlərə görə özümə qapılırdım. Amma son illər bu kimi şərhlərə fikir vermirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.
Sənətçi bildirib ki, sosial şəbəkədə onun ünvanına mənfi rəy yazan xanım izləyicilərin əksəriyyəti ona həsəd aparır:
“Biz ifaçıyıq, gözümüz o neqativ rəylərə sataşır və biz görmək istəyirik ki, görək, insanların bizim haqqımızda olan fikri nədir. Bəziləri yazırlar ki, oxuduğunuz bu kimi mahnıları dinləməkdən bezdik. Araşdırsaq, görərək ki, o neqativ dolu rəylər yazan xanımların əksəriyyəti mənə həsəd aparır. Özüm dəfələrlə bunun şahidi olmuşam. Mənə həsəd aparmayın. Belə deməklə mənə qarşı haqsızlıq edirlər. Çünki oxuduğum mahnılar, onların aranjimanları çox yüksək səviyyədədir. O qadınlar evdə əyləşib uşağı ilə məşğul olmaqdansa sosial şəbəkədə mənə pis şərhlər yazırlar. Bununla əlinizə heç nə gəlməyəcək. Sizin bu rəylərinizdən mən nə əksiləcəyəm, nə də ki, artacağam. Bunun əksi olaraq daha irəli gedirəm”.
- A-
- A
- A+
Şoutaym
11:08 / 18.06.2024
Şəbnəm: “Uşağı ilə məşğul olmaq əvəzinə mənə mənfi şərh yazır” – VİDEO
Hazırda oxunan: Şəbnəm: “Uşağı ilə məşğul olmaq əvəzinə mənə mənfi şərh yazır” – VİDEO
Hazırda oxunan: Şəbnəm: “Uşağı ilə məşğul olmaq əvəzinə mənə mənfi şərh yazır” – VİDEO
197828
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.