Niyaməddin Musayev polislər tərəfindən saxlanılmasına AYDINLIQ GƏTİRDİ - ÖZƏL

Hazırda oxunan: Niyaməddin Musayev polislər tərəfindən saxlanılmasına AYDINLIQ GƏTİRDİ - ÖZƏL

197692

Xəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayevin axşam saatlarında avtomobili idarə edərkən polislər tərəfindən saxlanılması ilə bağlı sosial şəbəkədə videosu yayılıb.

Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı 84 yaşlı sənətkarla əlaqə saxlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Niyaməddin Musayevi polislər SAXLADILAR - VİDEO


N.Musayev polislər tərəfindən saxlanılması hadisəsini belə nəql edib:

"Ağ şəhər" tərəfdə idman zalına gedirəm. "Ağ şəhər" bulvarında isə avtomobili saxlayan zaman xəbərdarlıq gəlir və 1 manat, əks halda 20 manat cərimə ödəyirsən. Buna görə də polis əməkdaşlarına yaxınlaşaraq avtomobilimi düzgün park etməklə bağlı yardım istədim. Onlar da sağ olsunlar mənə öz köməkliklərini əsirgəmədilər. Qanunlara hər zaman əməl edən insanam. Polislər mənə dedilər ki, 20 manat cərimə deyil, bir manat ödəniş edəcəksiniz. Bu hadisənin videosu yayıldıqdan sonra mənə nə qədər zənglər gəlib. Onlara demək istəyirəm ki, narahatlığa heç bir əsas yoxdur. Hər şey yaxşıdır".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin