Röya: “Ona deyirəm ki, hünərin çatırsa, məni İtaliyada yaşat” – VİDEO

Hazırda oxunan: Röya: “Ona deyirəm ki, hünərin çatırsa, məni İtaliyada yaşat” – VİDEO

Röya Ayxanın oğlu Hüseynə qoyduğu qadağalardan, evdən çıxmağa icazə almağa çalışmasından və ailə həyatından danışdığı söhbətlər
197434

“Oğlum Hüseynin 15 yaşı olacaq. Şükürlər olsun ki, Hüseyn mənim sənətimi davam etdirmədi. O hansı qızı istəsə, onu da ona alacağam. Mən İtalyada yaşamaq istəyirəm. İllər ötəcək oğluma deyəcəyəm ki, ““Duxun” çatırsa məni orada yaşat”. Mən öz nəslimə və kökümə yaxşı qız olmuşam. Hüseyn anasına cavabdeh ola bilməyəcək?! Onun bir dənə anası var. Göndərsin məni İtalyaya. Yaşlananda gedim özüm üçün yaxtada uzanım”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Xəzər axşamı” verilişində deyib.

Sənətçi oğlu Hüseynə qoyduğu qadağalardan söz açıb. Röya bildirib ki, yeniyetmə övladını çərçivələr içində böyüdür:

“Oğlum məni çox yorur. Misal üçün səhər məndən bir şeyə görə icazə alır, amma mən o icazəni ona vermirəm. O icazəni məndən alana qədər cəhdlərinə davam edir. Hüseyn dostları ilə toplaşmaq istəyir. Həftədə bir-iki dəfə ona icazə verirəm.

Oğlum hər gün evdən çıxanda dəli oluram. O da hər gün evdən çıxmağa bir səbəb tapır. Deyir ki, “Ana sinif yoldaşımın ad günüdür”, “Sinif yoldaşlarım bir yerdə toplaşıblar”, “Onlar yığışıb dənizə gedirlər” və s.” “Dənizə getmək” - adı gələndə dəli oluram. Deyirəm ki, “mən çıxıb evdən gedərəm, amma dostların yığ gətir evə, buradaki hovuzda çimin”.
Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib.

2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A.Cəlilov “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin