“Evimin içini heç kim bilə bilməz. Yaxın zamanda özünüz görəcəksiniz. Bunu mənə kim rəva bilibsə, öz balasının başına gəlsin. Düşmənlərimiz çoxdur. Deyə-deyə dursunlar, xoş günümüzü görəndə utanarlar”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Sənətçi qızının nişanının qayıtması ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:
“Nişanlı olan vaxt insan dalaşar da, barışar da, küsülü də qalar. Allah uzaq etsin, biri var, gözü pərdəli verirsən, 10-20 gün bir-birini tanıyırlar, evlənirlər. Heç bir ailəyə qismət olmasın, sonra gedir qayıdır. Amma nişanlı vaxtı bir-birini tanımaq, bəri başdan alınmaması bu, daha yaxşıdır.
Çox insan bilmir ki, mənim qızımdır. Özü deyir ki, özünə görə hörmət qoysunlar. Tərbiyəli övlad böyütmüşəm. Allah həmişə qızlarımızın bəxtini versin. Hələ uşaqdır, 19 yaşı var, 20-yə keçib. Həyat irəlidədir”.
Rəşad Əliyev, Bizim.Media