Röya lüks villasında AD GÜNÜ məclisi keçirdi - FOTO/VİDEO 

Hazırda oxunan: Röya lüks villasında AD GÜNÜ məclisi keçirdi - FOTO/VİDEO 

197216

Bu gün 42 yaşa qədəm qoyan Xalq artisti Röya Ayxan ötən axşam lüks villasında özünə dəbdəbəli doğum günü məclisi keçirib. 

Bizim.Media xəbər verir ki, “Barbi” konseptində hazırlanan ad günü şousu üçün sənətçi arxası uzun, öndən qısa gül printləri ilə bəzədilmiş “top” və ətək geyinib. 

Estrada ulduzunun doğum günü məclisində Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Dilarə Kazımova, Mehin Hümbətova, Nəsimi Məmmədov, Hacı Nazim Məmmədov, aktyorlar Elşən Orucov, aparıcılar Nəsib Nur, Kəmalə Piriyeva və digər tanınmış simalar yer alıb.

Qonaqların qarşısına çıxan Röya məclisin hazırlanması üçün iki həftə vaxt sərf etdiyini bildirib: 

“Buranı belə bəzəmək üçün bir həftə bir heyət, digər həftə başqa heyət çalışıb. Burada əyləşənlər hər axşam evimin qonağı olub. Özünüzü öz evinizdəki kimi hiss edin. Ad günümü restoranda etmək istəmədim.

Buranı isə prodüserim Kənan və onun heyəti bir gün ərzində belə gözəl şəkildə bəzəyib. Heç bilirsiniz, burada nə qədər şar olub? Onların hamısı bir gecə içində partlayıb. Biz də elə zənn etmişik ki, naqillər yanıb. Şarlar bir-bir partlayıb, evə tökülüblər. Düşünürəm ki, sizin üçün ən gözəlini etmişik. Əylənin, yeyin, için, canımsınız”. 
Gecə boyunca Röya qonaqlarla birgə mahnılar oxuyub, rəqs edib və əylənib. Məclisdən çəkilən rəngarəng görüntüləri isə Xalq artisti sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 
 













Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin