İlkin Əhmədov: "Oğlumun toyunda ən çox nəməri Röya verdi”

Hazırda oxunan: İlkin Əhmədov: "Oğlumun toyunda ən çox nəməri Röya verdi”

İlkin Əhmədovun oğlunun toyundan danışdığı zaman Röya Ayxanın səhnədə göstərdiyi mərdlik və cəsarəti vurğulayaraq ona ən çox nəməri verdiyini söylədi
197073

“Bir neçə gün əvvəl oğlum Turxana kiçik toy etdim. Amma elə sənətçilər oldu ki, onları məclisə dəvət etsəm də, gəlmədilər. Kaş ki, gəlməyənlərin yerinə başqalarını çağırardım. İlk dəfə idi ki, övlad toyu edirdim. Bundan əməlli-başlı başım şişdi. Çaşqınlıq içində qaldım. Elə bir insanlardan umub, küsdüm ki, dəvət etmişdim, onlar gəlmədilər”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib.

Aparıcının “Oğlunuzun toyuna ən çox nəmər verən hansı həmkarınız oldu?” sualına İlkinin cavabı belə olub:

“Bu cür xanımlarımızı Allah qorusun, səhnəmizdə var etsin. Onun mərdliyi, cəsarəti... Onun sənəti göz önündədir. Ona hər şeyin gözəli yaraşır. Biz ailəlikcə dostuq. Onun atası Yaqub bəyi buradan salamlayıram. Xalq artistimiz, sevilən sənətkarımız Röya Ayxan, ən çox nəməri o verdi”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin