Əməkdar artist Mehriban Xanlarovanın efirdəki çıxışı qalmaqala səbəb olub.
Bizim.Media xəbər verir ki, “Bizimləsən” ictimai-sosial verilişində ekspert qismində iştirak edən sənətçi ögey ana tərəfindən şiddətə məruz qalan uşağı və kömək istəyən nənəsini müdafiə edib.
Uşağın atası və ögey anası isə Xanlarovanı uşağı qaçırmaqda ittiham edib. Xanlarova bildirib ki, uşağın nənəsi ilə birlikdə polis idarəsinə yollanıb.
Həmin şəxslər aktrisanın avtomobilinin qarşısını kəsərək, ona hücum ediblər. Aktrisa başına gələn hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.
Rəşad Əliyev, Bizim.Media