Nazilə Xoşqədəmə SÖZ ATDI - FOTO

Hazırda oxunan: Nazilə Xoşqədəmə SÖZ ATDI - FOTO

196538

Xəbər verdiyimiz kimi, aparıcı Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyevanın onun üçün aldığı brilliant boyunbağının saxta olduğunu açıqlayıb.   

Bizim.Media xəbər verir ki, şairə və qiraətçi Nazilə Səfərli sözügedən məsələ ilə bağlı sosial şəbəkə hesabında ad çəkmədən Xoşqədəmə söz atıb.  

“Allah İlhamə xanıma rəhmət eləsin. Goru nurla dolsun. Saxta adama saxta hədiyyə. Böyük məktəb”. 

Qeyd edək ki, Xoşqədəmlə Nazilə arasında qalmaqala səbəb şairənin qardaşının keçmiş arvadının “Səni axtarıram” verilişinə gələrək qarşı tərəflə bağlı səsləndirdiyi fikirlər olub.
Daha sonra N.Səfərli Xoşqədəmlə bağlı verdiyi açıqlamaya görə X.Hidayətqızı onu məhkəməyə verib. Tərəflər arasında davam edən məhkəmə prosesi 2019-cu ildə başa çatıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Nazilə Xoşqədəmdən üzr istəməli, bir sıra saytlara verdiyi müsahibələrində səsləndirdiyi fikirləri təkzib etməli və aparıcıya təzminat ödəməli idi. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin