Rahidə Baxışova: “5 ildir ki, təkbaşına bağ evi tikdirirəm” – VİDEO 

Hazırda oxunan: Rahidə Baxışova: “5 ildir ki, təkbaşına bağ evi tikdirirəm” – VİDEO 

Rahidə Baxışova 5 ildir təkbaşına bağ evi tikdirir. Evlilik və ev təmiri haqqında danışıb.
196183

“Oğlumun evlənməyinə hələ bir qədər də vaxt var. Çünki o hələ balacadır. İşləyib, pul qazanmaq lazımdır. Elə bilirsiniz ki, oğul evləndirmək asan məsələdir?!” 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova “Qonaqcanlı” verilişində deyib. 

Sənətçi bildirib ki, artıq 5 ildir ki, bağ evi tikdirir: 

“2019-cu ildən bağ evimi təmir etməyə başlamışam. Amma onun təmiri hələ də bitməyib. Çünki bu işləri təkbaşına yavaş-yavaş, xırda-xırda edirəm. Əslində, bağ evinin təmiri xırda bir işdir, tez də bitə bilər. Amma təkbaşına etdiyim üçün uzanır. Mən heç bir qohuma, tanışa bununla bağlı ağız açmadım. Bağ evimin həyətində çox sayda tut ağacları var. Artıq tut da yetişib”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin