Xəbər verdiyimiz kimi, ötən ayın sonunda tatar əsilli rusiyalı müğənni Alsunun milyonçu əri Yan Abramovdan boşanmaq üçün ərizə verib. Cütlüyün 18 illik evliliklərinə son qoymasının səbəbi kimi müğənninin iş adamı tərəfindən aldadılması bildirilib.
Bizim.Media xəbər verir ki, bu gün “Presnenski Məhkəməsi”də boşanan tərəflərin nümayəndələri arasında ilk söhbət baş tutacaq.
Cütlüyün əhatəsində olan insanlar “StarHit” nəşrinə “Onlar altı aydan çoxdur ki, bir yerdə yaşamırlar. Yan uzun zamandır ki, ailəsi ilə birgə yaşadığı evə ara-sıra baş çəkir. Alsu isə bu vəziyyətlə tamamilə razılaşmayıb. Daimi qalmaqallar heç nəyi dəyişmədi, ona görə də o, bu münasibətə son qoymaq fikrinə düşdü. Ona görə müğənni, dalana dirənən münasibətləri bitirmək qərarına gəldi”.
Qanuna əsasən, ər-arvada barışmaq üçün iki həftəyə yaxın zaman veriləcək, sonra isə yekun iclas keçiriləcək. Bunun nəticəsində nikah ya pozulacaq, ya da qalacaq. Lakin bəllidir ki, boşanma prosesi bununla bitməyəcək, çünki cütlük aralarında mülkü bölmək niyyətindədir. Mülklərin isə sayı bitməz.
Qeyd edək ki, Alsu və Y. Abramov 2006-cı ilin martın 18-də ailə qurub. Cütlüyün bu evlilikdən Safina, Mikella və Rafael adlı üç övladı var.
Rəşad Əliyev, Bizim.media
- A-
- A
- A+
Şoutaym
13:34 / 06.06.2024
Alsu ərindən buna görə BOŞANIR - FOTO
Hazırda oxunan: Alsu ərindən buna görə BOŞANIR - FOTO
Hazırda oxunan: Alsu ərindən buna görə BOŞANIR - FOTO
195981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.