Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Kərimova bildirib ki, məhkəmə onun xeyrinə qərar verib:
"Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun “Floranı udmuşam” qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikcisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var".
Qeyd edək ki, F.Kərimovanın təhqir və böhtanlardan şikayətinə əsasən, Ü.Alovlu qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət işi başlanılmışdı.
Xatırladaq ki, Ü.Alovlu bir müddət əvvəl sosial şəbəkə hesabında “Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu” paylaşımını etmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:58 / 05.06.2024
Flora Kərimova Ülviyyə Alovlunu məhkəmədə UDDU - FOTO
Hazırda oxunan: Flora Kərimova Ülviyyə Alovlunu məhkəmədə UDDU - FOTO
Hazırda oxunan: Flora Kərimova Ülviyyə Alovlunu məhkəmədə UDDU - FOTO
195811
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.