Aktrisa Pərvin Abıyeva uşaqlıq illərini atasız keçirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda Pərvin qonaq olduğu “Həftənin qonağı” verilişinə müsahibəsində deyib.
Abıyeva bildirib ki, valideyni uzun illər Rusiyada yaşayıb. Lakin illər sonra atası geri qayıtdığında xanımı (Pərvinin anası – red.) onu qəbul etməyib:
“Mən atamdan ayrılanda 7-ci sinifdə oxuyurdum. Atamın olmadığı illər bizim ən çətin dövrümüz olub. Atam Rusiyada yaşayırdı və bu səbəbdən 7 il Azərbaycana gəlmədi. Ayrılma səbəblərindən ən böyüyü də bu idi. Həm ata, həm də anamın qohumları anamı “yox” sayırdılar. Evsiz, pulsuz qaldıq. Amma bunlara görə mən nə atamı, nə də ki, anamı günahlandırıram. Atamın geri qayıtmamasının səbəbi isə orada başına xoş olmayan işlərin gəlməsi oldu. Atam heç zaman anama xəyanət etməyib. Başqa və daha böyük problemlər idi. O qayıdıb gələndə isə anam onu qəbul etmədi”.
- A-
- A
- A+
Şoutaym
10:36 / 05.06.2024
Pərvin Abıyeva: “Atam Rusiyadan qayıdıb gələndə anam onu qəbul etmədi” – VİDEO
Hazırda oxunan: Pərvin Abıyeva: “Atam Rusiyadan qayıdıb gələndə anam onu qəbul etmədi” – VİDEO
Hazırda oxunan: Pərvin Abıyeva: “Atam Rusiyadan qayıdıb gələndə anam onu qəbul etmədi” – VİDEO
Pərvin Abıyeva atasız uşaqlıq illərindən danışır və atalarının qayıdışını anasının qəbul etmədiyini açıqlayır.
195774
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.