Dünya şöhrətli pop ulduz Ledi Qaqanın hamilə olması ilə bağlı xəbər yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı müğənninin bacısının toyundan fotolar əldə edən “The Sun” nəşri yayıb.
Kadrlarda 38 yaşlı müğənni qara mini paltarda çəkilib, onun altında yuvarlaq qarnı isə ön plana çıxıb. Maraqlıdır ki, Ledi Qaqa son vaxtlar nadir hallarda çölə çıxır.
Pop ulduz “HBO” kanalında öz konsert filmi “Gaga Chromatica Ball”un premyerasında iştirak edərək cəmi bir dəfə ictimaiyyət qarşısına çıxıb. Qaqa tədbirə mürəkkəb dizaynlı libasda gəlib. Qərb nəşrləri müğənninin hamiləliyini bu yolla gizlətmək istədiyini irəli sürüblər. Hamiləliklə bağlı şayiələrə Ledi Qaqanın barmağındakı böyük daşlı üzük səbəb olub.
Qeyd edək ki, o, 2020-ci ildən amerikalı iş adamı Maykl Polanski ilə münasibətdədir və 2021-ci ildən başlayaraq onların nişanlanması ilə bağlı şayiələr yayılıb. Müğənninin özü hamiləlik şayiələrinə şərh verməyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:13 / 04.06.2024
Ledi Qaqa HAMİLƏDİR? – FOTO
Hazırda oxunan: Ledi Qaqa HAMİLƏDİR? – FOTO
Hazırda oxunan: Ledi Qaqa HAMİLƏDİR? – FOTO
195601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.