Faiq Ağayev: “Mahnılarımı icazəsiz oxuduqları üçün ifalarını “YouTube”dan sildirmişəm” – VİDEO 

Hazırda oxunan: Faiq Ağayev: “Mahnılarımı icazəsiz oxuduqları üçün ifalarını “YouTube”dan sildirmişəm” – VİDEO 

195430

“İfaçılar mənim repertuarımda yer alan bir sıra mahnılara icazəsiz müraciət edirlər. Adını çəkmək istəmədiyim iki ifaçı mənim mahnımı icazəsiz oxuduqları üçün həmin ifanı hər yerdən sildirdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Xəbərin var?!” maqazin verilişində deyib. 

Sənətçi bildirib ki, bir sıra məşhur mahnıları oxumazdan əvvəl istər müğənninin, istərsə də nəğmələrin müəlliflərindən icazə alıb: 

“Qanuni haqlarımla, yəni buna haqqım çatır, iki ifaçı mahnılarımı icazəsiz şəkildə oxuyub sonra isə “YouTube” video platformasında yayımladıqları üçün ifalarını oradan sildirmişəm. İllər əvvəl Əlibaba Məmmədovun yanına qardaşımı kasetlə göndərdim ki, ifa etdiyim “Dəşdi” mahnısına qulaq asıb icazə versin. O, icazə verdikdən sonra mən o mahnını oxumağa başladım. Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını otağında dinlətdirdim, razılığını alıb ifa etdim. Bu yaxınlarda bir layihə ilə bağlı “Sən necə də gözəlsən” mahnısını oxumağı təklif aldım. O nəğməni səsyazma studiyasında yazdırdım, amma radioya təhvil verməzdən əvvəl mahnının müəllifi İsmayıl Əsədova göndərdim və ondan da razılığını aldım”. 

F.Ağayev onun repertuarında yer alan mahnıları icazəsiz şəkildə ifa edən həmkarlarına sətiraltı ismarışlar yollayıb: 

“Mənim “Pəncərə”, “Səni əvəz eləmir”, “Ömür bu mu?” adlı mahnılarımı ifaçılar restoranlarda oxuyurlar. Misal üçün, Lalə Məmmədova, Mərdan Kazımov, Kamil Səmədli və bir sıra digər həmkarlarım mənə zəng edib mahnımı oxumaqları üçün icazə aldılar. Mən də onlara bu icazəni verdim. Bir bu qədər insana mahnımı ifa etmələrinə icazə verirəmsə, icazəsiz oxuyan sənə beyəm, mən “Yox” deyəcəkdim? “Hə” deyəcəkdim, yetər ki, sən mənə düzgün şəkildə müraciət et. Oxuyursunuz, əcəb edirsiniz... Amma məşhurlaşmış mahnı ilə sən əgər gündəmə gəlirsənsə, sənin çiyninin üstündə mənim haqqım var”.

Qeyd edək ki, müğənni Rəsul Əfəndiyev Faiq Ağayevin icazəsi olmadan “Səni əvəz eləmir” mahnısını oxuduğu üçün ifası “YouTube”dan sildirilib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin