“Bu yaxınlarda verilişlərin birində açıqlama verdim ki, Rusiyaya tez-tez gedib, gələcəyəm. Anam, atam zəng vurdu ki, hara gedirsən? Pis oldum, mənim getməyimi istəyirsiniz? Azərbaycansız ürəyim dayanar, ölərəm. Torpağıma bağlı adamam”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam qonaq olduğu “Günaylı gün” verilişində deyib.
Xatirə bildirib ki, xəbər saytlarında onun Azərbaycandan köçəcəyi ilə bağlı açıqlamasından sonra onunla behləşən toy sahibləri ciddi şəkildə narahatçılıq keçiriblər.
“Mənə yazıb, narahat olurlar. Hamı necə, mən də elə... Əmilərim 30 ildən çoxdur Rusiyada yaşayır. Öz ailəvi, nəslimizə aid işdir. Oğlumun məktəbi var, birdəfəlik gedə bilmərik. Yazılanlardan o qədər narahat oldum ki, hətta imtina etməyi düşündüm. Amma istəmirəm ki, həmin açıqlama işimə ziyan vursun”.
Qeyd edək ki, Xatirə açıqlamasında “İnşallah ki, sentyabrdan bir neçə il müvəqqəti olaraq Moskvada yaşayacağıq. Çünki həyat yoldaşım Fəxrəddinin orada kursları olacaq. İşlərimə görə Azərbaycana da gələcəyəm” fikirlərini səsləndirmişdi.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:44 / 01.06.2024
Xatirə Azərbaycandan köçəcəyi ilə bağlı açıqlamasına AYDINLIQ gətirdi
Hazırda oxunan: Xatirə Azərbaycandan köçəcəyi ilə bağlı açıqlamasına AYDINLIQ gətirdi
Hazırda oxunan: Xatirə Azərbaycandan köçəcəyi ilə bağlı açıqlamasına AYDINLIQ gətirdi
Xatirə İslam, Azərbaycandakı köçkünlə əlaqədar açıqlamaları ilə bağlı məsələlərə aydınlıq gətirib. Rusiyada yaşadığı və həyat yoldaşının kurslarını nəzərdən keçirdiyi üçün müvəqqəti olaraq Moskvada yaşamağı planlaşdırdığını vurğulayıb.
195168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.