Xəbər verdiyimiz kimi, Xalq artisti İlhamə Quliyevanın övladlıq oğlu Orxan Nadirov 8 aydır ki, itkin düşüb. Orxanın doğma anası Lalə xanım onun tapılması üçün “Səni axtarıram” verilişinə pənah gətirib.
Bizim.Media xəbər verir ki, sözügedən proqramın aparıcısı Xoşqədəm Hidayətqızı Orxanın həbs olunmadığı haqda məlumat əldə edib.
Xoşqədəm bildirib ki, O.Nadirovun iki pasportu olub – biri saxta, digəri isə əsl. Bundan başqa aparıcı Orxanın ölkənin sərhədini keçmədiyini də əlavə edib.
Xoşqədəmin bu açıqlamasından sonra Lalə xanım oğlunun bu 8 ay müddətində bir dəfə də olsun onunla əlaqə saxlamadığını deyib:
“Orxan mənə 8 ayda bir dəfə də olsun zəng etməyib. Əgər salamat olsa, mənə zəng edərdi. Elə bir məlumatı mən də almışdım. Orxan qurumlar tərəfindən saxlanılmayıbsa, mümkün deyil ki, mənimlə əlaqə saxlamasın. O bilir mən necəyəm, nə problemlərim var. Çünki gün ərzində iki-üç dəfə onunla danışırdım”.
Rəşad Əliyev, Bizim.Media