Maksim Qalkin pul qazanmaq üçün Rusiyaya qayıtmaq istəyir, amma...

Hazırda oxunan: Maksim Qalkin pul qazanmaq üçün Rusiyaya qayıtmaq istəyir, amma...

194797

Rusiyada “xarici agent” statusu aldıqdan sonra Vətənindən didərgin düşən yumorist Maksim Qalkin pul qazanmaq üçün ölkəsinə qayıtmaq istəyir. Bunun üçün Alla Puqaçovanın beşinci əri “xarici agent” damğasını aradan qaldırmalıdır.

Bizim.Media xəbər verir ki, ailənin vəkili Ədliyyə Nazirliyinin qərarına etiraz etmək üçün üçüncü dəfə cəhd etsə də, məhkəmədə buna nail ola bilməyib. İki il əvvəl İsrailə qaçan şoumenə heç bir güzəştə getməyiblər.

Maksimin vəkilləri şoumenin xarici agent statusunun silinməsi üçün üçüncü dəfə vəsatət qaldırıb. Bu dəfə hüquqşünaslar bildiriblər ki, “xarici agent” statusu komediyaçının səyahət hüququnu pozur. Qalkin pul qazanmaq üçün Rusiyaya qayıtmaq istəyir. Ətrafındakıların dediyi kimi, məşhurun işləri pis gedir. Demək olar ki, Qalkin işsiz qalıb. Şoumenin hətta içkiyə qurşandığını deyirlər.

Onun nümayəndələri Qalkinin siyasətdən kənarda olduğunu bildiriblər.

Qeyd edək ki, 2022-ci ilin payızında Maksim Qalkin “xarici agentlərin” reyestrinə daxil edilib. Xarici agentlərə Rusiyada bank hesabları və plastik kartlar açmaq qadağan edilmir. Bununla belə, onlar öz fəaliyyətlərinin məqsədləri, eləcə də əldə etdikləri gəlir və xərclər barədə hesabat təqdim etməlidirlər. Onlar məlumatın növündən asılı olaraq rüblük, altı ayda bir və ya ildə bir dəfə təqdim edilir.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin