“Məcburam ki, kinonu götürüb qaçım”.
Bizim.Media xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev qonaq olduğu “Zarafat bir yana” verilişində deyib.
Sənətkar ölkəmizdə film sahəsinin inkişafını görmək istədiyini bildirib:
“Bilirəm ki, bu sahədə inkişaf olacaq. Amma mən o günü görmək istəyirəm. İstəyirəm ki, o kino yenidən öz relsinə düşsün, getsin. Mən də o filmlərdə özümü görmək istəyirəm. Amma yaş məsələsi var. Bir gün varsan, bir də gördün ki, sabah yoxsan. Yaşasın gənclik, cavanlıq. Məndən gənclərə əmanət odur ki, gəncliyinizin qədrini bilin. İnsan sağlamlığını itirəndən sonra sağlamlığının qədrini bilir. Azadlığını itirəndən sonra azadlığın qiymətini bilir. Gəncliyini itirəndən sonra gəncliyin qiymətini bilir. Sonra Molla Nəsrəddin kimi baxır o yana-bu yana və deyir ki, “Gəncliyim də bir zibil olmayıb”.
- A-
- A
- A+
Şoutaym
14:07 / 29.05.2024
Rasim Balayev: “Məcburam ki, kinonu götürüb qaçım” - VİDEO
Hazırda oxunan: Rasim Balayev: “Məcburam ki, kinonu götürüb qaçım” - VİDEO
Hazırda oxunan: Rasim Balayev: “Məcburam ki, kinonu götürüb qaçım” - VİDEO
Rasim Balayev "Məcburam ki, kinonu götürüb qaçım" şəklində maraqlı açıqlamalar edib. Xalq artisti filmlərdə özünü görmək istədiyini və gəncliyin qiymətini vurğulayıb.
194664
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.